“Bursaspor”a keçəcəyi gözlənilən Namik Ələsgərov “Neftçi”nin düşərgəsini tərk etməyib.

Klubdan verilən məlumata görə futbolçu komanda ilə birgə məşqlərə qatılıb. Xatırladaq ki, Ələsgərov şənbə günü “Neftçi”nin məşqində iştirak etməmiş, nəticədə klub ona şifahi xəbərdarlıq etmişdi.